İyulun 1-də Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Koreya Ticarətin və İnvestisiyaların Təşviqi Agentliyindən (KOTRA) məlumat verilib.
«Görüşdə müxtəlif fəaliyyət sahələri üzrə ixtisaslaşmış 12 Koreya şirkətinin (Hanguk Mols Kimje Co.Ltd, Hansin Special Equipment, HyeSung G-Tech Co.ltd, Costech Inc, PIXTHEA CORP, Dae Jeong Co.Ltd, Sanghyun Co.Ltd, Cala Co.Ltd, SEHWA PRECISION Co.Ltd, MIDO CORPORATION, Dea Sung Co.Ltd, Changwon Metal Industry Co.Ltd) nümayəndələri iştirak edəcəklər. Görüş zamanı əməkdaşlığa dair müxtəlif təkliflər nəzərdən keçiriləcək», - deyə məlumatda bildirilir.
Görüşdə təmsil olunacaq Koreya şirkətləri avtomobil boyaları, avtomobillər üçün plastik detallar, istixana materialları, əyləc sistemləri və s. üzrə ixtisaslaşıb.*
B.Rüstəmbəyov