"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Qanununa düzəlişlər parlamentə təqdim olunub. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən məlumat verilir.
Layihəyə əsasən, dövlət büdcəsinin gəir və xərclər hissəsini dəyişilməz olaraq saxlamaq planlaşdırılır. Düzəlişlər büdcənin xərclər hissəsində bəzi maddələrdə dəyişiklikləri nəzərdə tutur.
Xüsusilə, “Müdafiə xərcləri” maddəsi üzrə 150 mln. manat məbləğində əlavə xərclərin yönəldilməsi planlaşdırılır. Onların həcmi 3 mlrd. 187 mln. 618,152 min manatadək artacaq (cari məzənnə ilə $1,88 mlrd.-a yaxın). Beləliklə, 2019-cu il dövlət büdcəsində müdafiə xərcləri 4,9% artacaq.
Əvəzində DSMF-yə ayrılan vəsaitin həcmini 150 mln. manat azaltmaq nəzərdə tutulur.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə 25 mlrd. 190 mln. manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır.** Ə.Məmmədov