2019-cu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin kəsiri 426,8 mln. manat və ya hesabat dövründə ÜDM-in 1,4%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, cari ilin yanvar-may ayları ərzində dövlət büdcəsinin gəlirləri 8 mlrd. 999,3 mln. manat (ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 9,1%), xərcləri 9 mlrd. 426,1 mln. manat (artım 24,1%) təşkil edib.
İlk 5 ay ərzində Azərbaycanın nominal ÜDM-i həcmi 30 mlrd. 608,7 mln. manat təşkil edib.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə 25 mlrd. 190 mln. manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır.**
Ə.Məmmədov