2019-cu ilin yanvar-may aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 771,7 min kvadratmetr təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 20,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
May ayında 176,1 min kvadratmetr yaşayış sahəsi istismara verilib.
Statistik məlumatlara görə, hesabat dövründə yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 438,4 mln. manat (artım 34,1%) təşkil edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 mln. 84,7 min kvadratmetr təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 3,3% çoxdur.
Ötən il yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 mlrd. 318,8 mln. manat (artım 32,3%) təşkil edib.*
N.Abbasova