2019-cu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,7% - 1 mlrd. 256,1 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə birbaşa qovulan benzin istehsalı 47,9% - 136,4 min tonadək, kerosin istehsalı 2,7% - 254,4 min tonadək, dizel yanacağı istehsalı 4,2% - 885,9 min tonadək, soba mazutu istehsalında 9% - 32,8 min tonadək artıb.
Yanvar-may aylarında avtomobil benzini istehsalı 4,2% - 499,8 min tonadək, neft bitumu istehsalı 34,9% - 72,8 min tonadək, sürtkü yağı istehsalı 76,6% - 6,8 min tonadək, neft koksu istehsalı 7,4% - 102 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.**
N.Abbasova