2019-cu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 22 mlrd. 164,1 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 6,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar-may aylarında Azərbaycanda orta illik inflyasiya 2,4% təşkil edib.
Statistik məlumatlara görə, cari ilin yanvar-may aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 5,9% - 2,244 min manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 20 mlrd. 386,3 mln. manat qalır ki, bu da 2018-ci ilin yanvar-may aylarının göstəricisindən 7% çoxdur.
2018-ci ildə əhalinin nominal pul gəlirləri 9,2% artıb.*
Ə.Məmmədov