2019-cu ilin yanvar-may aylarında Azərbaycanda tikinti materiallarının istehsal həcmi 325,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada sement istehsalında 3,1% - 1 mln. 332,1 min tonadək, hazır beton qarışığı istehsalında 24,4% - 636,2 min tonadək artım qeydə alınıb.
Bundan başqa, asfalt istehsalı 1,8 dəfə - 113,6 min tonadək, tikinti kərpici istehsalı 62,5% - 168,7 min kubmetrədək, sement, süni daş və betondan tikinti blokları və kərpic, süni daş və ya beton istehsalında 23,6% - 53,3 min tonadək, işlənmiş mərmər, əhəng daşı, alebastr və onlardan hazırlanmış məmulatların istehsalı 65,4% – 12,82 min tonadək, tikinti əhəngi istehsalı 38,2% - 16,4 min tonadək artıb.
Eyni zamanda, yanvar-maydas tikinti gipsi istehsalında 84,2% - 2,4 min tonadək, beton konstruksiya istehsalında 53% - 17,1 min kubmetrədək azalma qeydə alınıb.**
B.Rüstəmbəyov