Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin binasının tikintisinə və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzinin inventar və avadanlıqlarla təchizatına 1 mln. 981,832 min manat yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi«Sənaye və Mülki Tikinti E-93» MMC ilə İsmayıllıda, «Dirçəliş-FM» MMC ilə isə Goranboyda sözügedən işlərin həyata keçirilməsi haqqında müqavilələr bağlayıb. Müqavilələrin dəyəri müvafiq olaraq 1 mln. 868,353 min manat və 113,479 min manatdır.*
R.Babayev