Gələn həftə Monteneqronun baş naziri Duşko Markoviç Azərbaycana səfər edəcək.
“O, Azərbaycan rəsmiləri, həmçinin prezident İlham Əliyevlə danışıqlar aparacaq. Danışıqlar zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq. Səfər çərçivəsində iyunun 25-də Markoviç Azərbaycan-Monteneqro biznes forumunda iştirak edəcək”, - “İnterfaks-Azərbaycan”a diplomatik mənbə bildirib.
Bundan əlavə, iyunun 25-də Bakıda Azərbaycan-Monteneqro iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
Qeyd olunan Komisiyanın iclası yalnız bir dəfə - 2014-cü ilin mart ayında Podqoritsada keçirilib. **
F.İsazadə