Azərbaycan prezidenti İlham Əliyev Vilayət Eyvazovu daxili işlər naziri təyin edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
O, bu vəzifədə Ramil Usubovu əvəz edib. R.Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Əvvəl V.Eyvazov DİN başçısının birinci müavini vəzifəsində çalışıb.
Bundan başqa, prezident Əliyev Mədət Quliyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edərək onun müdafiə sənayesi naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Öz növbəsində, Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin olunub.
Ramil Usubov 1948-ci ildə Xocalı şəhərində anadan olub. 3 may 1994-cü ildən etibarən daxili işlər naziri vəzifəsində çalışıb.
Vilayət Eyvazov 1968-ci ildə Culfa şəhərində anadan olub. 1994-cü ilin noyabr ayından etibarən DİN sistemində çalışır. 2005-ci il aprelin 14-dən etibarən daxili işlər nazirinin müavini olub.
Mədət Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub. 2015-ci il dekabrın 14-dən etibarən DTX-nin rəisi olub. **
R.Babayev, F.İsazadə