2019-cu il iyulun 1-dən etibarən Bakı-Batumi avtobus reysi həyata keçiriləcək. Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən məlumat verilir.
“Avtobus reysi hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da həyata keçiriləcək. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq”, - məlumatda qeyd olunur.
Biletin bir istiqamət üzrə qiyməti 40 manat (cari məzənnə ilə $24) təşkil edir. 5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
Biletləri “Qabaqcadan satış” kassaları və “Onlayn” qaydada 10 gün öncədən bir gün qabağa qədər əldə etmək mümkündür. **
N.Abbasova