Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun publik hüquqi şəxs statusu olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilməsi haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyevin imzaladığı “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə” fərmana əsasən, publik hüquqi şəxsin fəaliyyətə başlaması və nizamnamə fondunun formalaşdırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1 mln. manat ayrılacaq.
Kənd Təsərrüfatı Nazirliyinə publik hüquqi şəxsin nizamnaməsini, optimallaşdırma həyata keçirilməklə strukturunu, işçilərinin say həddini iki ay müddətində təsdiq etmək tapşırılıb.*
Ə.Məmmədov