2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana 112,7 min ton mineral gübrə idxal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 12,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-aprel aylarında ölkəyə idxal olunan mineral gübrələrin ümumi dəyəri $39 mln. 95,3 min (artım 11,6%) təşkil edib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycana $2 mln. 407,8 min dəyərində (azalma 28,6%) 11,097 min ton sement və sement klinkeri (azalma 30%) idxal edilib.
Yanvar-aprel aylarında respublikaya $16 mln. 162 min dəyərində (artım 12,7%) 13,822 min ton (artım 26%) polietilen idxal edilib.
Hesabat dövründə Azərbaycana $62 mln. 593 min dəyərində 86,343 min ton metalyayma məhsulu (azalma 10,3%), $27 mln. 75 min dəyərində 48,955 min ton qara metaldan hazırlanan çubuqlar (artım 46,9%), $8 mln. 502 min dəyərində 11,695 min ton qara metaldan hazırlanan günyə (artım 18,9%), $93 mln. 897,2 min dəyərində 62,076 min ton qara metaldan hazırlanan boru (artım 2,9%) idxal edilib.*
B.Rüstəmbəyov