“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycanda iki lokomotiv deponun tikinti layihəsi çərçivəsində məsləhətçi seçir. Bu barədə “İnterfaks-Azərbaycan”a QSC-dən məlumat verilir.
Seçim maraq ifadəsi üsulu ilə aparılır.
Msələhətçinin vəzifəsinə “Azərbaycan Dəmir Yolları”nın İnfrastruktur Departamenti üçün 10 il ərzində infrastruktur aktivlərin səmərəli saxlanılması, onların etibarlılığı, davamlığı və təhlükəsizliyinin təminatı daxildir.
Eyni zamanda, məsləhətçi ADY-nin infrastruktur vəziyyəti və onun istifadə göstəricilərini qiymətləndirməlidir, onun üçün istifadə proqramları, prosedurlar və standartlar müəyyən etməlidir, həmçinin bu infrastruktura xidmət və idarə olunması işini təşkil etməlidir.
O cümlədən, məsləhətçi gələcək 10 il üçün infrastrukltura xidmətin “İstifadə planı”nı hazırlamalıdır.
Seçimdə dəmir yolu sektorunda 7 il təcrübəyə malik, əsasən MDB və Şərqi Avropa ölkələrində analoji üç tapşırığın icrası təcrübəsinə malik olan şirkətlər iştirak edə bilər.
İddiaçılardan ərizələr 2019-cu il iyulun 11-dək qəbul olunur.
Məsləhətçinin xidmətləri Fransa İnkişaf Agentliyinin Bakının Biləcəri qəsəbəsində və Gəncə şəhərində lokomotiv depoların tikintisnə ayrılan vəsaiti hesabına ödəniləcək.
Xəbər verildiyi kimi, AFD Azərbaycanda iki lokomotiv deponun tikintisi üçün ADY-yə 112,5 mln. avro kredit ayıracaq. **
N.Abbasova
АЖД, ИНФРАСТРУКТУРА, ПЛАН
АЖД разработает план на 10 лет по эксплуатации железнодорожной инфраструктуры