Tbilisidə baş verən toqquşmalarla əlaqədar Gürcüstan prezidenti Salome Zurabişvili Belarusa səfərini yarımçıq dayandırır. Bu barədə jurnalistlərə Gürcüstan prezidentinin mətbuat katibi Xatiya Moistsrapişvili məlumat verib.
Onun sözlərinə görə, S.Zurabişvilinin işgüzar səfəri iyunun 22-də başa çatmalı idi.
Gürcüstan mətbuatı parlamentdəki mənbələrə istinadən xəbər verir ki, Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze də Azərbaycana səfərini yarımçıq dayandırıb. O, bu gün prezident İlham Əliyevlə görüşməli idi.
Müxalifət partiyalarının etiraz aksiyasında irəli sürdüyü tələblərdən biri Kobaxidzenin istefası ilə bağlı olub.*