İşsizlikdən Sığorta Fondunun kəsirsiz büdcəsinin gəlir və xərclərini 15 mln. manat artırmaq təklif olunur.
2019-cu il İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri 83 mln. 451,4 min manat səviyyəsində planlaşdırılır. Beləliklə Fondun büdcəsi 98 mln. 451,4 min manat təşkil edəcək.
Cümə günü parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi iclasda “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsinə müvafiq dəyişiklikləri müzakirə edib.
Layihəyə əsasən, əlavə xərclərin 2018-ci dövlət büdcəsindən ayrılan Fondun sərəncamında olan vəsait hesabına tam təmin edilməsi planlaşdırılır.
Əlavə xərclər strukturunda 1 mln. manat 2,8 mln. manata çatacaq peşə hazırlığı və əlavə təhsilin təşkili, daha 14 mln. manat – özünüməşğulluq üzrə tədbirlərin təşkilinə yönəltmək nəzərdə tutulur (42 mln. 41,4 min manatdan 56 mln. 41,4 min manatadək). **
Ə.Məmmədov