2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana kondisioner idxalı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2 dəfə - 43,901 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $10 mln. 657,5 min məbləğində (artım 1,7 dəfə) qiymətləndirilir.
Yanvar-apreldə Azərbaycana $23 mln. 875,5 min dəyərində (artım 25,6%) 158,6 min ədəd (artım 47,8%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 7,7% - 56 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $11 mln. 393 min (artım 12,6%) təşkil edir.**
B.Rüstəmbəyov