Prezident İlham Əliyev Minskdə keçirilən II Avropa Oyunlarının açılışına gəlməyəcək. Ölkəni Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək. Bu barədə “İnterfaks-Qərb” agentliyinə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov məlumat verib.
"II Avropa Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinə parlamentin sədri Oqtay Əsədov başçılıq edir", - deyə L.Qəndilov bildirib.
Bu məlumatı “İnterfaks-Qərb” agentliyinə Belarusun Xarici İşlər Nazirliyindən təsdiq ediblər.
II Avropa Oyunları iyunun 21-30-da Minskdə keçiriləcək. Oyunlarda 50 ölkədən 4 mindən çox idmançı iştirak edəcək, ölkəyə 50 minə yaxın azarkeşin gələcəyi gözlənilir.*