Cari ilin may ayının 16-da Britaniyanın “Archer” şirkətinin filialı Azərbaycanda qeydiyyatdan keçib.
“Şirkətin rəsmi təmsilçisi Polşa vətəndaşı Yatsek Zayaçkovskidir”, - deyə Vergilər Nazirliyindən "İnterfaks-Azərbaycan" agentliyinə bildirilib.
“Archer LTD” 2011-ci ildə yaradılıb və quyular üzrə ixtisaslaşmış iki şirkəti – “Seawell” və “Allis-Chalmers Energy” şirkətlərini, eləcə də quyuların tədarükü və onların məhsuldarlığının yaxşılaşdırılması sahəsində zəngin təcrübəyə malik olan bir neçə müəssisəni özündə birləşdirir.
"Archer” şirkətinin qazma komandası dörd qitədə 45-dən çox dəniz platformasında hasilatı təmin edir və Latın Amerikasında 81-dən çox mobil yerüstü qazma qurğusunun istismarını həyata keçirir.*
Ə.Məmmədov