Energetika naziri Pərviz Şahbazov Sankt-Peterburq şəhərində keçiriləcək Dünya Neft Şurasının növbəti iclasında iştirak edəcək. Bu barədə nazirlikdən məlumat verilir.
“22 iyun tarixində Şahbazov WPC-nin iclasında iştirak edəcək. İclasda neft ölkəsi kimi Azərbaycanın tarixi və müasir inkişafından bəhs edən videoçarx və təqdimatların nümayişi nəzərdə tutulub. Həmçinin, Dünya Neft Şurası üzvlərini Azərbaycan barəsində daha ətraflı məlumatlandırmaq məqsədi ilə Azərbaycan xüsusi stendlə təmsil olunacaq.
İclas çərçivəsində Dünya Neft Şurasının 2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə ev sahibliyi edəcək ölkə də müəyyənləşdiriləcək. 2005-ci ildən Dünya Neft Şurasında təmsil olunan Azərbaycan da tədbirin ev sahibliyinə 5 namizəd ölkədən biridir.
“Bundan əlavə, Sankt-Peterburq şəhərinə səfər proqramına nazirin iyunun 23-də Rusiya Energetika Nazirliyinin dəstəyi ilə keçirilən 6-cı Gənclər Forumunda iştirakı daxildir. İclasda Şahbazovun “Enerji transformasiyası, gələcəyin enerji xəritəsi” mövzusunda çıxışı planlaşdırılır”, - məlumatda deyilir. **
N.Abbasova