Ermənistan-Aszərbaycan münaqişəsi bölgəsində yerləşən Azərbaycan Silahlı Qüvvələrin hərbi birlikdə təlim məşqləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“Senariyə uyğun olaraq təlimlərə cəlb olunan motoatıcı, artilleriya, tank bölmələri, o cümlədən aviasiya vasitələri müxtəlif tapşırıqları, eləcə də şərti düşmən hədəflərinə döyüş atışlarını icra ediblər”, - məlumatda qeyd olunur.
Təlim məşqləri müdafiə nazirinin təsdiq etdiyi 2019-cu il üçün döyüş hazırlığı planına əsasən keçirilib. **
F.İsazadə