Sabiq daxili işlər naziri Ramil Usubov bildirib ki, Vilayət Eyvazovun daxili işlər naziri təyin edilməsi onu sevindirir.
“İnanıram ki, siz, daxili işlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə bundan sonra da doğma Azərbaycana əzmlə xidmət edəcək, sabitliyin, vətəndaşlarımızın qanunla qorunan hüquq və azadlıqlarının keşiyində dəyanətlə duracaqsınız”, - deyə Ramil Usubovun daxili işlər orqanlarının şəxsi heyətinə müraciətində qeyd olunur.
Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi vəzifəsində dövlət başçısının etimadını doğrultmağa hazır olduğunu bildirib.
Qeyd edək ki, prezident İlham Əliyev iyunun 20-də Ramil Usubovun daxili işlər naziri vəzifəsindən azad edilməsi, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun isə daxili işlər naziri təyin edilməsi haqqında sərəncamlar imzalayıb.*
R.Babayev