Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qruplarının tərkibinə daxil ediliblər. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.
Bu qərar iyunun 21-də Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının növbəti iclasında qəbul olunub.
İclasda Dayanıqlı İnkişaf Məqsədləri üzrə ikinci Könüllü Milli Hesabatın təqdim olunması məsələsi müzakirə olunub.
“Azərbaycan BMT-yə dayanıqlı inkişaf üzrə ikinci hesabat verən 14 ölkədən biri olacaq.Sənəddə sosial sahədə həyata keçirilən islahatlar geniş qeyd olunacaq”, - deyə məlumatda bildirilir.
Birinci Könüllü Milli Hesabat BMT-yə 2017-ci ilin iyul ayında təqdim olunub.*
Ə.Məmmədov