Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətlərin perspektivlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
“İyunun 21-də Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə telefonla zəng edib. Dövlət başçıları ikitərəfli münasibətlərin perspektivlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər”, - deyə Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatında bildirilir.
Azərbaycan və Türkiyə prezidentləri əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.*
Ə.Məmmədov