Azərbaycanlı samboçular Mehman Xəlilov və Emil Həsənov Minskdə keçirilən II Avropa Oyunlarında bürünc medal qazanıblar.
97 kq çəkidə yer alan Mehman Xəlilov üçüncü yer uğrunda mübarizədə erməni rəqibi Maksim Manukyanı, 68 kq çəkidə çıxış edən Emil Həsənov isə bolqarıstanlı Martin İvanovu məğlub edib.
Bundan əvvəl isə akrobatika gimnastikası növündə qarışıq cütlərin dinamik hərəkətlər yarışında Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı gümüş medal qazanıblar.*
R.Babayev