Azərbaycanlı akrobatlar Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı Minskdə keçirilən II Avropa Oyunlarında gümüş medal qazanıblar.
Azərbaycanlı idmançılar dinamik hərəkətlər yarışında 28,830 xalla Rusiyadan olan qarışıq cütlükdən geri qalıblar.
Abdulla əl-Məşayxi və Ruhidil Qurbanova, həmçinin balanslı hərəkətlərdə 28,160 bal toplayaraq üçüncü yerdə qərarlaşıblar.
Bundan başqa, azərbaycanlı samboçular Mehman Xəlilov və Emil Həsənov II Avropa Oyunlarının bürünc medallarını qazanıblar.
Beləliklə, Azərbaycan yığmasının aktivində 1 gümüş və 3 bürünc medal var.*
R.Babayev