Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri Bakı şəhərinin Nizami rayonunda yerləşən “X-Lady” mağazasında baş verən yanğının söndürülməsinə cəlb olunub. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.
““X-Lady” mağazasında yanğının baş verməsi barədə məlumat FHN-in "112" qaynar telefon xəttinə daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub”, - deyə məlumatda bildirilir.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.*
R.Babayev