Monteneqronun baş naziri Duşko Markoviç bu gün Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə rəsmi KİV-lər xəbər verir.
“Monteneqronun baş nazirini hava limanında Azərbaycan Respublikasının baş nazirinin müavini Əli Həsənov və digər rəsmi şəxslər qarşılayıblar”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, səfər çərçivəsində D.Markoviç Azərbaycanın rəsmi şəxsləri, o cümlədən prezident İlham Əliyevlə danışıqlar aparacaq. Danışıqlarda ikitərəfli əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
İyunun 25-də D.Markoviçin iştirakı ilə Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək.*
R.Babayev