Azərbaycanlı akrobatlar Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı Minskdə keçirilən II Avropa Oyunlarında üçüncü medallarını qazanıblar.
Ötən gün bir gümüş və bir bürünc medal qazanan idmançılarımız bu gün gümüş medala sahib olublar.
II Avropa Oyunlarında Azərbaycan yığmasının aktivində 8 medal (4 gümüş və 4 bürünc) var.
Samboçu Ağasif Səmədov və cüdoçu Rüstəm Orucov gümüş, samboçular Mehman Xəlilov və Emil Həsənov, eləcə də cüdoçu Hidayət Heydərov bürünc medal qazanıblar.*
R.Babayev