2019-cu ilin yanvar-may aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə sərnişindaşımaların həcmi 791,1 mln. nəfər təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 1,273 mln. min nəfər (artım 21%), dəniz nəqliyyatı ilə 7,1 min nəfər (artım 18,3%), hava nəqliyyatı ilə 856,2 min nəfər (artım 3,4%), metro ilə 98,556 mln. nəfər (azalma 0,9%) daşınıb.
Cari ilin yanvar-may aylarında avtomobil nəqliyyatı vasitələri ilə 690,383 mln. sərnişin (artım 1,8%), avtobuslarla 662,188 mln. sərnişin (artım 1,8%), taksi ilə 28,194 mln. sərnişin (artım 2,7%) daşınıb.*
B.Rüstəmbəyov