Bolqarıstan baş nazirinin müavini və xarici şlər naziri Yekaterina Zaxaryevanın Azərbaycana rəsmi səfəri başlayıb.
“Səfər iyunun 25-dək davam edəcək. O, Bakıda həmkarları, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Bundan başqa, onun hökumətin başçısı Novruz Məmmədov və Milli Məclisin spikeri Oqtay Əsədovla görüşləri planlaşdırılır”, - Bolqarıstan XİN məlumat verir.
Zaxaryevanın Məmmədyarovla danışıqlarının mərkəzində 2018-ci il oktyabrın 31-də keçirilən Strateji diqloqun ilk sessiyasının nəticələri yer alacaq.
“O cümlədən, Cənub Qaz Dəhlizi və Yunaıstan-Bolqarıstan qaz boru magistralının tikintisi ilə bağlı mövzular müzakirə olunacaq”, - XİN-dən vurğulanır.
“Avropa ilə Asiyanı birləşdirən nəqliyyat infrastrukturunun tikintisi hər iki tərəf üçün böyük maraq kəsb edir. Xəzər dənizi ilə Qara dəniz nəqliyyat dəhlizi, həmçinin Fars körfəzi - Qara dəniz beynəlxalq multimodal nəqliyyat dəhlizi”, XİN qeyd edir. **
A.Əzizov