2019-cu ilin yanvar-may aylarında Azərbaycanın rabitə və poçt müəssisələrinin gəlirləri 2018-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 14,9% - 822,7 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 82,7% özəl sektorda fəaliyyət göstərən müəssisələrin payına düşüb.
Xidmətlərin 72%-nin istifadəçiləri fiziki şəxslər olub və onlara 592,3 mln. manatlıq (artım 14,7% - İF-Az) xidmət göstərilib.
Bu dövrdə rabitə xidmətlərinin ümumi həcminin 41,9%-i və ya 344,7 mln. manat (azalma 1,4%) ölkədə fəaliyyət göstərən 3 mobil rabitə operatoru – “Azercell Telecom”, “Bakcell” və “Azerfon” tərəfindən göstərilən mobil rabitə xidmətlərinin payına düşüb.*
N.Abbasova