Azərbaycan İsrailə biyan ixrac etməyə başlayacaq. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“Azexport” portalının dəvəti ilə İsrailin “F&C Licorice Group” şirkətinin nümayəndələri Bakıda səfərdə olub. Qonaqlar Azərbaycandan biyan ixrac edən şirkət nümayəndələri ilə görüş keçiriblər”, - deyə məlumatda bildirilir.
Görüşdə Azərbaycandan növbəti mövsüm illik müqavilə üzrə 2,5-3 min ton biyan məhsulunun İsrailə ixrac olunması haqqında ilkin razılıq əldə olunub.
"Azexport” qeyd edib ki, Azərbaycanda bir il ərzində oxratoksin A göstəricisi 20-dən aşağı olan 6-7 min ton biyan məhsulu əldə olunur. Əldə olunan məhsul Çin, Sinqapur, Hindistan və İrana ixrac olunur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport.az” portalını 2016-cı ilin dekabr ayında istifadəyə verib.*
B.Rüstəmbəyov