Prezident İlham Əliyev iyunun 24-də Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
General-mayor Fuad Məmmədova və general-mayor Zahid Hüseynova “general-leytenant” hərbi rütbəsi verilib.
Bundan başqa, polkovniklər Qədir Nəsibov, Rasim Babayev, Vüqar Əliverdiyev, Polad Həşimov, İlqar Lətifov və Məhəmməd Həsənova “general-mayor” hərbi rütbəsi verilib.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.*
N.Abbasova