Çərşənbə axşamı Xəzər dənizində “Xəzər-1” üzən qazma qurğusunun yaşayış blokunda yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilir.
“Bakı şəhərinin Səbail rayonunda, Xəzər dənizində (sahilə yaxın ərazidə) “Xəzər-1” üzən qazma qurğusunun (fəaliyyət göstərməyən) üçmərtəbəli yaşayış blokunun 2-ci və 3-cü mərtəbələrinin yanar konstruksiyaları 250 m² sahədə yanıb”, - məlumatda deyilir.
“Qurğunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, - nazirlikdən qeyd olunur. **
R.Babayev