Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovsun diplomatik missiyası başa çatır.
"İyul ayında Latviyanın Azərbaycandakı səfiri kimi səlahiyyət müddətim başa çatır. Mən Bakını iyulun 11-də tərk edəcəm", - deyə diplomat "İnterfaks-Azərbaycan"agentliyinə bildirib.
Y.Maklakovs Latviyanın Azərbaycandakı səfiri vəzifəsinə kimin təyin ediləcəyini açıqlamayıb.
Y.Maklakovs 2015-ci ilin avqust ayından Latviyanın Azərbaycanda səfiridir. Azərbaycana təyin olunmazdan əvvəl o, 4,5 il Latviyanın Qazaxıstanda səfiri və Qırğızıstanda qeyri-rezident səfiri olub.*
F.İsazadə