“AzerGold” QSC işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarda əlvan metalların qeyri-qanuni hasilatına beynəlxalq hüquqi qiymətin verilməsi üçün «OMNI» şirkətini hüquq məsləhətçisi qismində cəlb edib.
www.tender.gov.az saytında verilən məlumata görə, “AzerGold” “OMNI” şirkəti ilə müvafiq hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 195 min 596,8 manatdır ($115 min).
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.*
N.Abbasova