“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyulun 8-dən Rusiya ilə Gürcüstan arasında hava əlaqəsinin müvəqqəti bağlanması ilə əlaqədar Gürcüstan istiqamətində uçuşların sayını artırmağı planlaşdırmır. Bu barədə “İnterfaks-Azərbaycan”a cəmiyyətin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
“Hazırda QSC-nin strukturuna daxil olan AZAL və “Buta Airways” Rusiyanın 6 şəhərinə– Moskva, Sankt-Peterburq, Kazan, Ufa, Həştərxan, Minvodı, və Gürcüstanın 2 şəhərinə - Tbilisi və Batumiya reyslər həyata keçirir. Həmin avişirkətlıər yay mövsümünün sonunadək öz cədvəllərini artıq planlaşdırıb və hazlrda dəyişiklikər daxil etmək nəzərdə tutmayıb”, - Kəsəmənski bildirib. **
N.Abbasova