Gürcüstanın Mehmanxana və Restoranlar Assosiasiyasının rəhbəri Şalva Alaverdaşvili rusiyalı turistlərin Bakı, Yerevan və Trabzon aeroportlarından Gürcüstanın şəhər və kurortlarına çatdırılması üçün pulsuz avtobusların istifadəyə verilməsi təklifini irəli sürüb.
“Bizim əsas vəzifələrimizdən biri əcnəbi turistlərin ölkəyə, xüsusilə Qara dəniz regionuna gəlməsini asanlaşdırmaqdır. Biz rusiyalı turistlərin Bakı, Yerevan və Trabzon aeroportlarından Gürcüstana çatdırılması üçün pulsuz avtobusların istifadəyə verilməsini təklif edirik”, - deyə o, Birinci kanalın efirində bildirib.
Ş.Alaverdaşvili vurğulayıb ki, müzakirələrə Gürcüstanın İqtisadiyyat və Xarici İşlər nazirlikləri də qoşulacaq.*