İyulda Rusiyadan Azərbaycana aviabiletlərə tələbat 25%, qiymətləri 6% artıb. Bu barədə “İnterfaks-Turizm” portalına Aviasales servisinin RP-direktoru Yanis Dzenis məlumat verib.
“İyulda Rusiyadan xaricə aviabiletlərə tələbat iyun ayı ilə müqayisədə 20% artıb. Eyni zamanda, iyulda Qazaxıstan, Özbəkistyan, Belarus, Azərbaycan və Bolqarıstana uçuşlara tələbat mühüm dərəcədə artıb. Bakı və Burqasa iyul ayında aviabiletlərə tələbat 25% artıb. Eyni zamanda, Bakıya uçuşların qiyməti 6% - 13,2 min rubla qədər artıb, Burqasa – 5% - 18,1 min rubla qədər azalıb”, - Dzenis qeyd edib. **