Prezident İlham Əliyev Qaraməryəm–İsmayıllı–Şəki (27 km)–Quşencə–Zoğallıq avtomobil yolunun tikintisi məqsədilə Avtomobil Yolları Dövlət Agentliyinə 2,9 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
N.Abbasova