Azərbaycan 2019-cu ilin yanvar-aprel aylarında Qazaxıstandan 213,8 min ton buğda alıb. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Azərbaycana $40,5 mln. dəyərində buğda idxal olunub.
Bütövlükdə, Qazaxıstandan yanvar-aprel aylarında 2,1 mln. ton buğda və meslin ixrac edilib. Bu həcm 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2,9% çoxdur. İdxal olunan buğdanın ümumi dəyəri $384,5 mln. təşkil edib. Malın ixracından gəlir 20,1% artıb.
Hesabat dövründə Qazaxıstan buğdasının əsas alıcıları sırasında Özbəkistan ($118,7 mln. dəyərində 759,5 min ton), Tacikistan ($59,9 mln. dəyərində 323,5 min ton), Azərbaycan ($40,5 mln. dəyərində 213,8 min ton), Çin ($27,49 mln. dəyərində 131,9 min ton), Əfqanıstan ($23,8 mln. dəyərində 127,6 min ton), Türkmənistan ($21,5 mln. dəyərində 115 min ton), İtaliya ($15,6 mln. dəyərində 79,3 min ton), Türkiyə ($15,9 mln. dəyərində 87,2 min ton və Rusiya da ($15,4 mln. dəyərində 71,7 min ton) olub.**
B.Rüstəmbəyov