Azərbaycanın tikinti şirkətləri beton texnologiyaları sahəsində yeni nailiyyətlərlə tanış olublar.
İyunun 20-də Bakıda “Azərbaycanda müasir beton texnologiyaları və inşaat istiqamətləri” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir “Norm Sement” şirkəti ilə Beynəlxalq CPI Worldwide jurnalı və ICCX (Beynəlxalq Beton Sərgi və Konfrans) Academy tərəfindən birgə təşkil olunub.
Konfransda 100-dən artıq yerli və xarici şirkət iştirak edib. Almaniya, İspaniya, Daniya, Polşa, BƏƏ-dən olan məruzəçilər yeni beton texnologiyaları, onların tətbiqi sahələri, texnologiyaların iqtisadi səmərəliliyi barədə məlumat veribıər.
“Norm sement” zavodunun baş kommersiya direktoru Fuad Musayevin sözlərinə görə, Azərbaycanda illik 3 mln. tondan artıq sement istehsal olunur. “Sementin təqribən 60%-i beton müəssisələrinin xidmətinə yönəldilir, bu da illik təxminən 6 mln. kubmetr beton təşkil edir. Əgər biz yeni beton texnologiyaları tətbiq, bahalı idxal məhsullarını yerli istehsal ilə əvəz etsək, beton bazarını 10 mln. kubmetrə çatdlra bilərik”, - Musayev bildirib.
Onun sözlərinə görə, yeni beton texnologiyalarının tətbiqi – səmərəli tikinti və xərcərin azaldılması deməkdir.
“Bizdə betonun tətbiqi gözlənilən səviyyədə deyil. Beton dünyada ən texnoloji, elastik və ən çox yayılan tikinti materialıdır. Biz betondan istifadə artlırmaqla qranit və mərmərin idxalını əvəz etmək istəıyirik. Minerallar əlvə etməklə betondan həmin cür material əldə etmək mümkündür ki, o daha ucuz və davamlıdır”, - Musayev vurğulayıb.
O, həmçinin qeyd edib ki, konfransın məqsədi sahibkarlara beton texnologiyalarının bütün üstünlüklərini nümayiş etdirməkdir ki, onlar bu sahəyə sərmayə yatırsınlar və betondan məhsulların istehsalı üzrə müəssisələr yaratsınlar. **
B.Rüstəmbəyov