2019-cu il sentyabrın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqının artırılması ilə əlaqədar fərdi sahibkarların sosial sığorta üçün aylıq ödənişləri 50 manat təşkil edəcək.
Mövcud qanunvericiliyə əsasən, fərdi sahibkarların sosial ayırmalarının məbləği minimum əməkhaqqının 20%-ni təşkil edir. Hazırda minimum aylıq əməkhaqqı 180 manat, müvafiq olaraq sosial ayırmalarının məbləği 36 manat təşkil edir.
2019-cu il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının 250 manatadək artırılması sosial sığorta aylırmaları üzrə məbləğin 50 manata çatması deməkdir. Yəni ayırmaların artımı 38,9% təşkil edəcək.
İyunun 18-də Azərbaycan prezidenti İlham Əliyev Minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2019-cu il sentyabrın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 250 manat təşkil edəcək. **
Ə.Məmmədov