Vergilər Nazirliyi vəzifəli şəxslər üçün geyim formasının tikilməsinə 900 min manata yaxın vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunmuş materiallara əsasən, nazirlik «Evim Tekstil» MMC ilə Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanlarının satın alınması haqqında müqavilə bağlayıb.
Müqavilənin dəyəri 890,227 min manatdır.*
B.Rüstəmbəyov