31 may 2019-cu il tarixinə Azərbaycanda əhalinin bank əmanətləri 8 mlrd. 527,6 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
2018-ci ilin sonuna banklarda əhalinin əmanətləri 8 mlrd. 269,7 mln. manat məbləğində qiymətləndirilib. Beləliklə, 2019-cu ilin yanvar-may aylarında əhalinin bank əmanətləri 3,1% artıb.
2019-cu il iyunun əvvəlinə əhalinin bank əmanətlərinin strukturunda müddətli əmanətlərin həcmi 5 mlrd. 380,8 mln. manat (cari ilin yanvar-may aylarında azalma 1,8% - İF), tələbli əmanətlərin həcmi 3 mlrd. 146,8 mln. manat (artım 12,7%) təşkil edib.
Cari ilin yanvar-may aylarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin tələbli əmanətləri 9,8% - 95,3 mln. manatadək azalıb.
2019-cu ilin may ayının sonuna hüquqi şəxslərin banklardakı depozitləri 10 mlrd. 205,5 mln. manat (yanvar-may aylarında azalma 1,1%) məbləğində qiymətləndirilir. Cari ilin yanvar-may aylarında hüquqi şəxslərin müddətli əmanətləri 41,2% - 2 mlrd. 46,7 mln. manatadək artıb, tələbli əmanətləri 7,8% - 8 mlrd. 158,8 mln. manatadək azalıb.
Mayın 30-na banklarda əmanət və depozitlərin ümumi həcmi 18 mlrd. 733,1 mln. manat (artım 0,8%) təşkil edib.*
N.Abbasova