Azərbaycanın cənubunda ağır yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilir.
“Biləsuvar rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həlak olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri onların meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər”, - məlumatda deyilir.
Yerli mətbuatın məlumatına görə, yol qəzasında həmçinin 4 nəfər xəsarət alıb. **
R.Babayev