2019-cu ilin I rübünün sonuna Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən şirkətlərin ümumi aktivləri 1,4 mlrd. manat təşkil edir ki, bu da 2018-ci ilin mart ayının sonuna olan göstəricidən 13,3% çoxdur. Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədri vəzifəsini icra edənİbrahim Alışov deyib.
"Son illərdə Azərbaycanın sığorta bazarında sabit artım müşahidə olunur. Palatanın fəaliyyətə başladığı 2016-cı ildən etibarən sektor 68% artıb. Cari ilin birinci rübünün sonuna sığorta bazarının aktivləri 1,4 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 13,3% çoxdur", - deyə o, bu gün Azərbaycanın sığorta bazarına həsr olunmuş beynəlxalq sığorta forumunda bildirib.
İ.Alışovun sözlərinə görə, sığorta sektorunun aktivləri maliyyə sektorunun aktivlərində 3,1% paya malikdir.
“Sığorta sektorunun xüsusi çəkisi qeyri-neft ÜDM-nin 1,9%-ni təşkil edir”, - deyə o əlavə edib.*
Ə.Məmmədov