Azərbaycan komandası Minskdə keçirilən II Avropa Oyunlarında komanda hesabında 15-ci yeri tutur.
Hazırda Azərbaycan atletlərinin aktivində 16 medal (2 qızıl, 5 gümüş və 9 bürünc) medal var.
Azərbaycan yığması medalların sayına görə 7-ci yerdədir.
Sərbəst güləşçilər Hacı Əliyev və Mahir Əmiraslanov qızıl, akrobat duet Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 2 gümüş və 1 bürünc medal qazanıblar.
II Avropa Oyunlarında 32 qızıl, 16 gümüş və 24 bürünc (cəmi 72) medalla Rusiya idmançıları liderlik edir. Belarus 55 medalla (19 qızıl, 13 gümüş 23 bürünc) ikinci, İtaliya 19 medalla (8 qızıl, 6 gümüş, 5 bürünc) üçüncü yerdə qərarlaşıb.
"Minsk 2019" II Avropa Oyunları iyunun 21-də başlayıb və iyunun 30-da başa çatacaq.*
R.Babayev