Azərbaycanda sığortaçılar əhalinin sığorta sahəsində maarifləndirilməsi istiqamətində tədbirləri gücləndirir.
Bu gün Bakıda keçirilən beynəlxalq sığorta forumu çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), Təhsil Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”), İcbari Sığorta Bürosu (İSB) və Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum əhalinin sığorta savadlılığının artırılması üçün birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Xüsusilə ali təhsil müəssisələrində və ümumtəhsil məktəblərinin yuxarı siniflərində maarifləndirici kampaniyaların təşkil edilməsi planlaşdırılır.*
Ə.Məmmədov